
Bu ilin I yarısında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % az – 624 mindən çox ödəniş tapşırığı icra edib.
BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat (1 il əvvələ nisbətən 0,2 % çox), xərcləri 19 milyard 824,4 milyon manat (+1,2 %) təşkil edib.
Dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat (illik müqayisədə 3,15 % az, proqnozdan 1,9 % çox), xərcləri 16 milyard 775,5 milyon manat (1 il əvvələ nisbətən 1,9 %, proqnozdan 2,6 % az) təşkil edib.
Son nəticədə icmal büdcədə 4 milyard 589,7 milyon manat (-3,6 %), dövlət büdcəsində isə 2 milyard 403,9 milyon manat (-11,2 %) profisit olub.




