Home » Altı ayda 226,3 milyon manatlıq ipoteka krediti verilib

Altı ayda 226,3 milyon manatlıq ipoteka krediti verilib

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2 242 ipoteka krediti rəsmiləşdirilib.

BBN.az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.

Məlumata görə, verilən kreditlərin 156,1 milyon manatı 1 418 adi ipoteka krediti, 70,2 milyon manatı isə 824 güzəştli ipoteka krediti üzrə olub.

Bildirilib ki, 2006-cı ildən indiyədək Fondun vəsaiti hesabına ayrılan ipoteka kreditlərinin ümumi məbləği 3,98 milyard manata çatıb. Bu vəsait 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradıb.

Şəxsi yığımları kifayət etməyən vətəndaşların daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən yararlanmasını təmin etmək məqsədilə 2026-cı il iyulun 1-nə Fond tərəfindən 1 571 ipoteka krediti üzrə 149,9 milyon manat məbləğində zəmanət təqdim edilib.

İKZF-nin məlumatına əsasən, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən yararlananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib. Kreditlərin təxminən 22 %-i isə regionların payına düşüb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir və əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.