Home » Dünya Bankı: Azərbaycanda turizmin şaxələndirilməsi üçün yeni imkanlar yaradılmalıdır

Dünya Bankı: Azərbaycanda turizmin şaxələndirilməsi üçün yeni imkanlar yaradılmalıdır

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda turizm sektorunun daha sürətli inkişafı və şaxələndirilməsi üçün yeni imkanların formalaşdırılmasına ehtiyac var.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce Teleqraf-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni turizm istiqamətlərinin inkişafı əlavə iş yerlərinin və peşəkar kadrlara tələbatın yaranmasına səbəb olur.

“Müəyyən turizm istiqaməti inkişaf etdirilirsə, peşəkar bələdçilərə ehtiyac yaranır. Turistlərin sayı artdıqca, restoran və digər xidmət sahələrinə tələbat da yüksəlir. Bu isə yüksək səviyyədə xidmət göstərə bilən işçi qüvvəsinin hazırlanmasını zəruri edir”, – deyə R.Prays qeyd edib.

O vurğulayıb ki, turizm sektorunda tələb olunan bacarıqlar və kadr hazırlığı cəlb edilən turistlərin profilindən də birbaşa asılıdır.

Dünya Bankının regional direktoru bildirib ki, bacarıqların artırılması və peşəkar kadrların hazırlanması Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biridir. Bununla belə, Dünya Bankının indiyədək bu sahədə fəaliyyəti məhdud olub.

R.Prays xatırladıb ki, Dünya Bankının Məşğulluğa Dəstək Proqramı mikrobizneslərin yaradılmasına və müxtəlif dəstək mexanizmlərinin təmin edilməsinə yönəlib. Onun sözlərinə görə, proqram çərçivəsində müəyyən addımlar atılsa da, bu sahədə müdaxilələrin həcmi hələlik məhdud olaraq qalır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.