Home » Ekspert: “Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır”

Ekspert: “Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır”

by yunus
0 comments 2 views 1 minutes read

Təhlükəsizliyin təmin olunmasına yönələn investisiyalar uzunmüddətli dövrdə iqtisadi fayda yaradır və ölkənin investisiya mühitinin yaxşılaşmasına töhfə verir.

BBN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov Bakıda keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə təhlükəsizlik xərcləri çox vaxt əlavə yük kimi qəbul edilsə də, əslində bu xərclər sonradan iqtisadi dəyərə çevrilir.

” Təhlükəsizlik təmin olunduğu zaman qəzalar, sığorta və səhiyyə xərcləri, eləcə də biznesin itkiləri azalır. Bu isə həm iqtisadi dəyər yaradır, həm də ölkədə daha əlverişli investisiya mühitinin formalaşmasına xidmət edir”, – deyə ekspert qeyd edib.

Eldəniz Əmirov vurğulayıb ki, məqsəd hər hansı bazar iştirakçısının mənafeyini müdafiə etmək deyil, ölkə iqtisadiyyatı və istehlakçılar üçün faydalı olan ədalətli mühitin formalaşdırılmasıdır. Onun fikrincə, bazarın ayrı-ayrı iştirakçılarının dəstəklənməsi qısamüddətli dövrdə ciddi nəticələr doğurmasa da, orta və uzunmüddətli perspektivdə dövlət və istehlakçılar üçün mənfi təsirlər yarada bilər.

Ekspert bildirib ki, əsas məqsəd haqlı rəqabət mühitinin qorunmasıdır. O qeyd edib ki, qanunvericilikdə bunun üçün kifayət qədər əsaslı müddəalar mövcuddur, lakin bəzi bazar iştirakçılarının bu tələblərdən yayınmağa çalışması nəticəsində ədalətsiz rəqabət mühiti yaranır.

Onun sözlərinə görə, bu vəziyyət rəsmi distribütorlara zərər vurmaqla yanaşı, ən böyük zərəri istehlakçılara verir, təhlükəsizlik və insanların sağlamlığı ilə bağlı riskləri artırır.

Eldəniz Əmirov əlavə edib ki, dövlətin əsas marağı bütün bazar iştirakçılarının qanunvericiliyin tələblərinə bərabər şəkildə əməl etməsinin təmin olunmasıdır. Hər hansı bazar iştirakçısının sıxışdırılması və ya digərinə üstünlük yaradılması isə nə dövlətin, nə biznesin, nə də istehlakçıların maraqlarına uyğundur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.