
Azərbaycanın yükdaşıma şirkətləri Çin Xalq Respublikasında logistika mərkəzləri açıblar.
BBN.az xəbər verir ki, bunu ABADA-nın baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan daşıyıcılarının yaratdığı logistika mərkəzləri Çinin Horqos və Urumçi şəhərlərində fəaliyyət göstərir.
Kənan Qurbanov bildirib ki, milli daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri sərhəd keçidlərində yaranan çətinliklərdir.
O qeyd edib ki, nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha operativ keçməsi ticarət dövriyyəsinin sürətlənməsinə, daşınma xərclərinin azalmasına və Azərbaycan daşıyıcılarının gəlirliliyinin artmasına imkan verəcək.




