Home » İqtisadiyyat nazirinin müavini BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüşüb

İqtisadiyyat nazirinin müavini BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüşüb

by yunus
0 comments 1 views 1 minutes read

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüş zamanı cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Həmçinin İqtisadiyyat Nazirliyinin bu sahədə fəaliyyəti, vergi siyasəti və vergi inzibatçılığı üzrə aparılan islahatlarla bağlı fikir mübadiləsi aparılıb.

Sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, eləcə də qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib. Beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.