
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,39% artaraq 98,58 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,16 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,74 ABŞ dolları və ya 0,78% artaraq 94,86 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Azeri Light” neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Azərbaycanda “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.




