Home » AMB investisiya şirkətinin vəzifəli şəxsini cərimələyib

AMB investisiya şirkətinin vəzifəli şəxsini cərimələyib

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “CFİ Financial İnvestisiya Şirkəti” QSC-də aparılan yoxlamanın nəticələri əsasında şirkətin vəzifəli şəxsi barəsində inzibati tədbir görüb.

BBN.az xəbər verir ki, AMB-nin məlumatına görə, maliyyə qurumunda keçirilmiş tematik yoxlama zamanı “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən olunub.

Bununla əlaqədar investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimələnib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.