Home » Energetika naziri Pərviz Şahbazov Ukraynaya səfər edəcək

Energetika naziri Pərviz Şahbazov Ukraynaya səfər edəcək

by bbnadm
0 comments 1 views 1 minutes read

Yanvarın 31-də Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunlarına dair Protokol  və bir neçə sənədin imzalanması nəzərdə tutulub.

Komissiyanın iclası çərçivəsində yanvarın 29-da Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur  obyektlərinə baş çəkəcək. Yanvarın 30-da isə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.