Home » Avropa ölkələrinin minimum əmək haqqları açıqlanıb

Avropa ölkələrinin minimum əmək haqqları açıqlanıb

by bbnadm
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Avropa Birliyinin Statistika Bürosu “Eurostat” Avropa ölkələrində mövcud olan minimum əmək haqqı göstəricilərini açıqlayıb. Hesabatda, Avropa Birliyinə daxil olan 6 ölkədə (Finlandiya, İtaliya, Kipr, Danimarka, Avstriya, İsveç) minimum əmək haqqı tənzimlənməsinin olmadığı qeyd olunub.

Ən aşağı minimal əmək haqqı Avrozona ölkələri arasında Latviyada (430 avro), ümumilikdə Avropa Birliyi ölkələri arasında isə, Bolqarıstanda (312 avro) qeydə alınıb. Lüksemburq (2142 avro) isə minimum əmək haqqı səviyyəsinə görə uzun illərdir ki ən yüksək göstəriciyə sahibdir. Son on ildə minimum əmək haqqında ən böyük artım isə Rumıniyada (12.5%) qeydə alınıb. Ümumilikdə isə, siyahı aşağıdakı kimidir:

Ölkə/İllər2010 (€)2020 (€)İllik dəyişmə tempi % ilə
Bolqarıstan1233129.8
Latviya2564305.3
Rumıniya14346612.5
Macarıstan2724876.0
Xorvatiya3855463.7
Çexiya3025756.7
Slovakiya3085806.5
Estoniya2785847.7
Litva23260710.1
Polşa3216116.6
Portuqaliya5547413.0
Yunanıstan863758-1.3
Malta6607771.6
Sloveniya5979414.7
İspaniya7391,0503.6
Fransa1,3441,5391.4
Almaniya1,584
Belçika1,3881,5941.4
Niderland1,4081,6361.5
İrlandiya1,4621,6561.3
Lüksemburq1,6832,1422.4

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.