Home » Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqləyib

Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqləyib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

SOCAR və “Equinor” şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzaladılar.

Martın 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul etmişdir. Görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan etmişlər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq etmişdir.

Görüş çərçivəsində SOCAR və “Equinor Apsheron AS” şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanmışdır. Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir. Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalamışlar. Tərəflər sazişə əsasən yuxarıda göstərilən sahələrdə təcrübə, prosedur və müvafiq sənəd mübadiləsi, mümkün qəzalar və yaralanma hallarına yol verilməməsi, ekologiyaya təsirin minimuma endirilməsi üçün praktik biliklərin mübadiləsi, qəza hadisələri, eyni zamanda ekoloji təsiri olan hadisələrə dair toplanmış statistik məlumatların mübadiləsi üzrə razılığa gəlmişlər. Sazişdə həmçinin texniki təhlükəsizlik və yanğından mühafizə üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı praktikanın və məlumat bazasının mübadiləsi, mümkün qəzalara çevik rekasiya verilməsi, atmosfer tullantılarının, o cümlədən istixana qazlarının idarə olunması sahəsində təcrübənin bölüşülməsi, sadalanan məsələlər üzrə tərəflər arasında görüşlərin, seminarların, məsləhətləşmələrin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.