Home » IMF 25 ölkənin borc yükünü yüngülləşdirəcək

IMF 25 ölkənin borc yükünü yüngülləşdirəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus pandemiyası səbəbindən 25 üzvünün borc yükünü yüngülləşdirəcəyini açıqlayıb. Təşkilatın direktoru Kristalina Georgiyeva açıqlamasında bildirib ki, fonda üzv olan ən kasıb və ən çox koronavirus pandemiyasının mənfi təsirlərinə məruz qalan ölkələrə borc yükünü yüngülləşdirmək məqsədilə qrant ayrılacaq. Beləliklə, bu ölkələrin kredit borcu az olduğundan xaricdən daha rahat maliyyə vəsaiti cəlb edə biləcək və koronavirusun ölkə daxilində qarşısının alınması üçün daha sərt tədbirlər həyata keçirə biləcək.

Borc yükünün yüngülləşdirilməsi üçün maliyyə vəsaiti fondun Fəlakətlərin Qarşısının Alınması və Zərərlərin Yüngülləşdirilməsi Ehtiyatından (CCRT) ayrılacaq. CCRT-dən cari vəziyyət üçün 25 ölkəyə 500 milyon dollar həcmində qrant ayrılacaq. 2015-ci ildə tüğyan edən Ebola virusu səbəbindən təsis edilən CCRT-nin əsas donorları isə Yaponiya, Böyük Britaniya, Çin və Niderland olub.

Qrantların ayrılacağı ölkələr arasında Benin, Burkina Faso, Çad, Komoro adaları, Konqo Demokratik Respublikası, Qambiya, Qvineya, Qvineya Bisau, Liberiya, Madaqaskar, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Mozambik, Niger, Ruanda, San Tome və Prinsipi, Sierra Leone, Solomon adaları, , Toqo kimi Afrika ölkələri ilə yanaşı, Əfqanıstan, Nepal, Haiti, Tacikistan və Yəmən də yer alır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.