![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
COVID-19 epidemiyasından mənfi təsirlənən kiçik və orta biznes subyektlərinə kredit verilməsi prosesi əsasən banklar vasitəsilə həyata keçirilir.
Bundan əlavə, bəzi ölkələrdə fintex təşkilatlar da bu prosesə qoşulublar. Belə ki, ABŞ-dakı “PayPal” , “Intuit”, “Square” və İngiltərədəki “Starling”, “OakNorth” kimi fintexlərə kredit paylamaq prosesində səlahiyyət verilib. Kanada fintex assosiasiyası NCFA (National Crowdfunding and Canada Fintech Association) baş nazir Castin Trüdoya məktub yazaraq eyni prosesin ölkədə tətbiq olunmasını təklif edib. Assosiasiya onlayn kredit və kütləvi maliyyələşdirmə platformalarının kreditləşmə prosesində rol oynaya biləcəyini və bu fintex təşkilatların mövcud proqramlarının prosesə
kifayət qədər hazır olduğunu bildirib.