Azərbaycan Banklar Assosiasiyası bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim artırılması üçün yerli və xarici təşkilatlarla birgə müxtəlif mövzularda seminarlar, vebinarlar və digər tədbirlər təşkil edir.
Belə ki, 1 sentyabr 2022- ci il tarixində “NF Innova” şirkətinin təşkilati dəstəyi ilə “Azərbaycanda bankçılığın gələcəyi” adlı vebinar keçirilmişdir.
Vebinarda şirkətin baş icraçı direktoru Qreqor Bierent və “Raiffeisen Bank Serbia”nın rəqəmsal məhsul üzrə rəhbəri Aleksandar Smiljkoviç təqdimatla çıxış etmiş və əlaqədar təcrübələrini paylaşmışdır.
Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.