Home » ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri başa çatmışdır -Foto

ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri başa çatmışdır -Foto

by anar
0 comments 31 views 1 minutes read

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-23 may 2025-ci il tarixində ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Budapeşt-Vyana şəhərlərinə səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti OTP Bank, Unicredit, Vakif Bank International AG kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış olmuş, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparılmışdır.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • İT auditinin əhatə dairəsi;
  • İT audit bacarıqları;
  • İT audit funksiyasının daxili və xarici qiymətləndirilməsi;
  • Rəqəmsal transformasiya və məlumatlılıq;
  • Daxili auditdə süni intellekt və avtomatlaşdırmadan istifadə;
  • Strateji planlaşdırma;
  • İllik audit planı;
  • İllik təlim planı;
  • Bacarıq çərçivəsi
  • Karyera yolu və rotasiya planı;
  • Daxili auditin esg hesabatında, saxtakarlığın aşkar edilməsində və qarşısının alınmasında rolu;
  • Vizyon və missiya;
  • Məsuliyyətlər;
  • Özünü qiymətləndirmə;
  • Hesabat;
  • Ünsiyyət.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

   

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.