ABA-nın Ekspert Qrupunun sədrinin məqaləsi beynəlxalq konfransa qəbul olunub

ABA nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması” Ekspert Qrupunun sədri Aydın Hüseynovun “Solution of the Finite Complex Toda Lattice by the Method of Inverse Spectral Problem” adlı elmi məqaləsi 25-28 oktyabr tarixlərində keçiriləcək “2nd International Conference on Machine Learning and Intelligent Systems” (MLIS 2020) konfransına qəbul edilib.

Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilməsi planlaşdırılan konfrans özündə maşın öyrənməsi, süni intellekt və ağıllı sistemlər mövzularını əhatə edən çıxışlar və məqalələri cəmləşdirir. İlk dəfə ötən ilin noyabr ayında keçirilən MLIS konfransında 13 fərqli ölkədən qatılan ekspertlər təcrübə mübadiləsi aparıb.

Konfransla bağlı əlavə məlumatı buradan əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır