Home » ABA-nın “ Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır

ABA-nın “ Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır

by Zeyneb
0 comments 57 views 1 minutes read

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 14-16 oktyabr 2025-ci il tarixlərində ABA-nın “Hüquq Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılar BƏƏ-nin aparıcı banklarının hüquqi proseslərin rəqəmsallaşdırılması,  innovativ texnologiyalar və alətlər, süni intellektin hüquqi tənzimlənməsi və hüquq sahəsində AI tətbiqləri, banklarda korporativ idarəetmə və hüquq departamentinin rolu, bankların qanunvericilik prosesində iştirakı, məhkəmə qərarlarının icrası və İslam bankçılığında tətbiq olunan hüquqi mexanizmlər, yaşıl maliyyələşdirmə, karbon bazarları və bankların ekoloji-hüquqi öhdəlikləri üzrə təcrübəsi üzrə mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edilmişdir:

  1. Emirates NBD;
  2. Dubai Islamic Bank;
  3. Standard Chartered Bank;
  4. Mashreq Bank;
  5. Commercial Bank Of Dubai.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

    

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.