Home » ABA-nın icraçı direktoru Yunus Abdulov Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının V iclasında çıxış etmişdir

ABA-nın icraçı direktoru Yunus Abdulov Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının V iclasında çıxış etmişdir

by Aytac
0 comments 6 views 2 minutes read

30 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Qırğızıstanın Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının V iclasında iştirak etmişdir.

“Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2025 – İnnovasiyalar, dayanıqlı inkişaf və rəqəmsal transformasiya: maliyyə ekosisteminin gələcəyi” adlı forum çərcivəsində baş tutmuş iclasda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və qurumun icraçı direktoru Yunus Abdulov iştirak etmişdirlər.

Şuranın vitse-prezidenti Zakir Nuriyevin sədirlik etdiyi iclasda, ABA-nın icraçı direktoru Yunus Abdulov çıxış etmişdir.

Azərbaycan bank sektorunun inkişafı və strateji hədəfləri ilə bağlı çıxışında Yunus Abdulov ölkə maliyyə sistemində baş verən mühüm yeniliklər və ABA-nın bu proseslərə verdiyi töhfələr barədə geniş məlumat vermişdir.

Belə ki, çıxışında Yunus Abdulov “2024–2026-cı illərdə Maliyyə Sektorunun İnkişaf Strategiyası”nın əhəmiyyətini vurğulayaraq, bu Strategiya çərçivəsində maliyyə inklüzivliyi, rəqəmsallaşma, risk əsaslı nəzarət və şəffaflıq kimi prioritetlərin ön planda olmasını qeyd etmişdir. Bu məqsədlərə çatmaq üçün ABA 50-dən çox təşəbbüsə dəstək göstərərək, 17 ekspert qrupu vasitəsilə dövlət-özəl əməkdaşlığını gücləndirildiyini bildirmişdir.

“2024-cü il ərzində ABA 20-yə yaxın qanun və normativ akta dəyişikliklər üzrə rəy və təkliflər verib. Bunlara Mülki Məcəllə, “Banklar haqqında” Qanun və digər mühüm normativ sənədlər daxildir”, – deyə Abdulov qeyd etmişdir.

İclasda çıxışı zamanı rəqəmsal bankçılıq və təhlükəsizliyə toxunan Abdulov bildirmişdir ki,
bu istiqamətin inkişafı ABA-nın diqqət mərkəzindədir. Gücləndirilmiş müştəri autentifikasiyası və fırıldaqçılıq risklərinin idarə edilməsi üçün sənədlər hazırlanaraq banklara təqdim olunmuşdur. Eləcə də, elektron pul, kiçik həcmli ödəniş alətləri və ödəniş agentlərinin fəaliyyəti üzrə yeni tənzimləmələr qəbul edilmişdir.

Çıxışı zamanı, ABA-nın icraçı direktoru 2025-ci ilin I rübü üzrə Azərbaycan bank sektorunun maliyyə göstəriciləri ilə iclas iştirakçılarını tanış etdi.

Çıxışının sonunda, Yunus Abdulov ABA-nın 35 illik fəaliyyəti ərzində sektorun inkişafına bundan sonra da töhfələr verəcəyini, Mərkəzi Bank və tərəfdaşlarla əməkdaşlıqda maliyyə sisteminin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildimişdir

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.