
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Polşa Banklar Assosiasiyasının dəstəyi ilə 23-24 oktyabr 2025-ci il tarixlərində ABA-nın “Pərakəndə bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Polşa Respublikasının Varşava şəhərinə səfəri başa çatmışdır.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
– Müştəri ehtiyaclarının müəyyən olunması üçün bazar araşdırmaları və sorğular aparılır, mövcud məhsulların performansı təhlil edilir.
– Yeni məhsul ideyadan başlayaraq risk, hüquq və texniki yoxlamalardan keçərək 3–6 ay ərzində bazara təqdim olunur.
– Proses biznes, İT, risk, marketinq və hüquq bölmələrinin iştirakı ilə həyata keçirilir.
– Uğur göstəriciləri: bazar payı, gəlir marjası, müraciət faizi, NPS və müştəri rəyləri.
– Müştəri rəyləri sorğular və rəqəmsal platformalar vasitəsilə toplanır, məhsulun təkmilləşdirilməsində istifadə olunur.
– Kredit kartlarında seqmentasiya əsaslı fərqli təkliflər (cashback, taksit, tərəfdaş kartlar) və alternativ məlumatlarla risk qiymətləndirilməsi tətbiq edilir.
– BNPL məhsulları daxili və fintech əməkdaşlığı ilə hazırlanır, e-ticarətə inteqrasiya olunur və risklər idarə olunur.
– Kreditlə bağlı sığorta məhsulları (həyat, işsizlik, əmlak) məcburi və ya seçimli formada rəqəmsal kanallar üzərindən təqdim olunur.
– Süni intellekt underwriting, skoring və kolleksiya mərhələlərində istifadə olunur; rəqəmsal identifikasiya (eID, biometrika, e-imza) tətbiq edilir.
– Məlumat mənbələri kimi telco, davranış və open banking məlumatlarından istifadə olunur.
– Tribe və scrum əsaslı çevik idarəetmə, Jira ilə planlaşdırma və OKR/velocity ilə performans ölçümü tətbiq edilir.
– Tənzimləyici uyğunluq – müştəri ödəmə qabiliyyətinin qiymətləndirilməsi, şəffaflıq və məlumatlı razılıq prinsipləri təmin olunur.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edilmişdir:
– Santander Bank Poland;
– BLIK;
– PKO Bank Polski SA;
– Narodowy Bank Polski.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.










