

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlar:
- Stress testlərinin optimallaşdırılması və modelləşdirilməsi,
- BASEL III-ə keçid mexanizmləri, onun effektivliyinin təmin edilməsi, bu prosesdə türk bankçılığının üzləşdiyi problemlər və onların həlli istiqamətində səylər,
- Enterprise Risk Management (ERM) sisteminə keçid və risk mədəniyyətinin mənimsənilməsi təcrübəsi,
- Rəqəmsal İstehlak Krediti üçün Erkən Xəbərdarlıq və Fırıldaqlığın Qarşısının Alınması Alətləri,
- Agile Risk İdarəetməsi,
- KOM və Pərakəndə Bankçılıqda Risklərin İdarə Edilməsi,
- Qərar Qəbul Proseslərinin Avtomatlaşdırılması (Mənzil Kreditləri, İstehlak Kreditləri, Mikro Kreditləşdirmə),
- Kredit proseslərində risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşma səviyyəsi,
- GRC (İdarəetmə, Risk və Uyğunluq) alətlərindən istifadə təcrübəsi,
- Risk iştahı, restrukturizasiya və həllində inteqrasiya olunmuş yanaşmanın və sənaye miqyasında ümumi metodologiyaların tətbiqi.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
- Ziraat Bank
- Halk Bankası
- DenizBank
- İş Bankası
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.