Home » ABA və UNESCAP arasında görüş keçirilmişdir

ABA və UNESCAP arasında görüş keçirilmişdir

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

29 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”, “Kredit işi Ekspert Qrupu” üzvləri və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri arasında onlayn görüş keçirilmişdir.  

Görüş çərçivəsində Azərbaycanda Birbaşa Xarici İnvestisiyaları (BXİ) fəal şəkildə təşviq etmək üçün hərtərəfli fəaliyyət planını hazırlamaq, ölkə üçün prioritet sektorları müəyyən etmək və həyata keçirmək ilə bağlı məsələlər müzakirə edilmişdir.  

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.