Home » ABA-ya üzv bankların iştirakı ilə ödəniş ekosisteminin rəqəmsal transformasiyasına həsr olunmuş tədbir keçirilib

ABA-ya üzv bankların iştirakı ilə ödəniş ekosisteminin rəqəmsal transformasiyasına həsr olunmuş tədbir keçirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

5 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə birgə rəqəmsal transformasiyası və mövcud inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əsas məqsədi rəqəmsal transofrmasiya üzrə apaırlan islahatlar, Ani Ödənişlər Sistemi sahəsində yeniliklər, AzQR əsasında rəqəmsal ödənişlərin aparılması üzrə məlumatların bölüşülməsi, bazar iştirakçılarının baxışlarının öyrənilməsi, eləcə də sektor üzrə əməkdaşlıq imkanlarının müzakirəsi üçün vahid platformanın formalaşdırılması idi.

Tədbirdə keçirilən panel müzakirəsində ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov çıxış edərək rəqəmsal transformasiya sahəsində cari trendlər, ölkəmizin “innovasiya hub”ına çevrilməsi üzrə həyata keçiriləcək islahatlar haqqında fikirlərini bölüşmüşdür.

Bu platformaların mütəmadi əsasda təşkil edilməsi həyata keçirilən islahatların nəticələrinin təhlili və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.