Home » ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

by Zeyneb
0 comments 3 views 1 minutes read

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib. Bu araşdırma 2025-ci ilin 1-ci rübü üzrə paytaxtın əmlak bazarındakı vəziyyəti əks etdirir. Son dövrlər daşınmaz əmlakın alqı-satqısında azalmalar müşahidə olunur. Bu da əmlak bazarında müəyyən durğunluq yaradıb. Bu vəziyyət daha çox mənzil və torpaq sahələrinə aiddir. Fərdi yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısında artım özünü göstərir. Mənzillərin qiymətlərində davamlı artım da əmlak bazarındakı əsas tendensiyalardandır. İcarə bazarında qiymətlər də davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada daşınmaz əmlak bazarındakı dəyişikliklərə təsir göstərən digər mühüm səbəbləri də izləmək mümkündür.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.