Home » ABŞ-Aİ ticarət danışıqları sürətlənir

ABŞ-Aİ ticarət danışıqları sürətlənir

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ və Aİ arasında ticarət danışıqları intensiv şəkildə davam edir.

BBN.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyindən (USTR) verilən məlumata görə, USTR rəsmisi Ceymison Qrer Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Nazirlər Şurasının toplantısı çərçivəsində Avropa Komissiyasının ticarət üzrə nümayəndəsi Maros Şefçoviçlə görüş keçirib. Görüşdə ABŞ ilə Avropa İttifaqı arasında davam edən ticarət danışıqları ətrafında fikir mübadiləsi aparılıb.

Qrer bildirib ki, ötən həftə Aİ tərəfindən təqdim olunan qarşılıqlılıq prinsipinə əsaslanan ticarət təklifi ABŞ üçün etibarlı bir başlanğıc nöqtəsi olub. Onun sözlərinə görə, tərəflər arasında danışıqların sürətlə irəliləməsi məmnunluq doğurur.

“Bu gün Parisdə baş tutan və Vaşinqtondakı komandalarımızın eyni vaxtda apardığı texniki müzakirələrlə paralel həyata keçirilən görüş çox məhsuldar keçdi. Aİ-nin qarşılıqlılıq prinsiplərinə əsaslanan ədalətli ticarət modelinə sadiqliyini göstərməsi bizim üçün müsbət siqnaldır,” – deyə Qrer qeyd edib.

O, həmçinin qarşıdakı günlərdə müzakirələrin daha da dərinləşəcəyinə ümid etdiyini və bu istiqamətdə dialoqun davam etdiriləcəyini vurğulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.