Home » “ABŞ-da əmək bazarı ilə bağlı son hesabat Mərkəzi Bankın hələ çox iş görməli olduğuna işarədir”

“ABŞ-da əmək bazarı ilə bağlı son hesabat Mərkəzi Bankın hələ çox iş görməli olduğuna işarədir”

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük iqtisadiyyatının olduğu ABŞ-da əmək bazarı yenə də güclü olaraq qalıb və əmək haqları isə kəskin şəkildə artıb. Bu isə o deməkdir ki, ölkə yüksələn qiymətlər ilə mübarizə aparmaq üçün çətinlik ilə üzləşməkdədir. Rəsmi rəqəmlər isə göstərir ki, noyabrda əmək bazarına 263.000 iş əlavə edilib, bu isə gözləniləndən yüksəkdir. Ötən illə müqayisədə 1 saatına görə, orta əmək haqqı isə 5.1% artıb. İşsizlik səviyyəsi isə tarixi, son 50 ildə rekord səviyyədə, aşağıdır, 3.7%-dir.

BBN.az NBC News TV proqramının dekabrın 2-dəki buraxılışına istinadən xəbər verir ki, əmək haqlarının artımı isə ona işarədir ki, inflyasiyanı aşağı salmaq üçün hələ çox iş görmək lazımdır.

Proqramda deyilib ki, qiymətlər yüksək olsa da, Amerikalılar bayram mövsümündə daha çox xərcləyiblər, bu isə ABŞ iqtsadiyyatının hələ də güclü nəticələr nümayiş etdirdiyini göstərir. 

Qeyd edək ki, əmək bazarı ilə bağlı güclü nəticələrə baxmayaraq, ABŞ-da inflyasiya səviyyəsi son 40 ilin ən yüksək səviyyəsindədir. Mərkəzi Bank isə inflyasiya ilə mübarizə aparmaq üçün 2022-ci ildə faiz dərəcələrini 6 dəfə artırıb. Əmək bazarı ilə bağlı son hesabat isə FED üçün heç də yaxşı xəbər hesab edilmir. Belə ki, bank əksinə iqtisadiyyatı yavaşlatmaqla, inflyasiyanı aşağı salmağa çalışır.    

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.