0


Amerikan avtomobil istehsalçısı “Ford” COVID-19 virusuna yoluxan xəstələrin ən ağır dərəcəsinə malik olanlarında həyatda qalması üçün vacib olan süni nəfəs aparatları – ventilyatorların istehsalı üçün “General Electric Healthcare” ilə tərəfdaşlığa girib.
İstehsal “Ford”un hal-hazırda Miçiqan şəhərində pandemiyanın yayılması səbəbindən bağlanan zavodda aprel ayının 20-sindən etibarən başlayacaq. İlkin mərhələdə aprel ayında 1500, mayın sonunadək 12000, iyula qədər isə 50000 ventilyator istehsalı proqnozlaşdırılır.