1


Noyabrın 2-də ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələri ilə bağlı görüşünün nəticəsini açıqlayıb.
BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bank gözlənildiyi kimi faiz dərəcələrini 75 baza bəndi artıraraq 3.75-4% arasında saxlayıb.
ABŞ-ın Mərkəzi Bankının öz proqnozuna görə, 2023-cü ildə faiz dərəcələrinin pik həddi 4.5-4.75% arasında dəyişəcək. Bununla da bank cari ildə faiz dərəcələrinin artacağı proqnozunu verib.