Home » ABŞ şirkətləri və maliyyə hesabatlılığı

ABŞ şirkətləri və maliyyə hesabatlılığı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Maliyyə hesabatlılığının yüksəldilməsi bütün şirkətlər üçün inkişaf yolunda nəzərə alınmalı olan prioritet məsələlərdəndir. ABŞ mərkəzli proqram təminatı və data analitikası şirkəti olan “DataRails” iqtisadçı Roberto Cavazos və Baltimor Universiteti professorları ilə qarşılıqlı tərəfdaşlıq nəticəsində ölkədə fəaliyyət göstərən şirkətlərin maliyyə hesabatlılığının araşdırmasını aparıb.

Araşdırmalar nəticəsində tərtib edilən hesabata əsasən, maliyyə hesabatlarının avtomatlaşdırılması prosesi ölkədə fəaliyyət göstərən şirkətlərdə geniş yayılmayıb. Belə ki, 8 milyon 398 min şirkətin araşdırma nəticələri əsasında tərtib edilən hesabata istinadən, proseslərin avtomatlaşdırılmaması və maliyyə hesabatlarının əl əməyi nəticəsində formalaşdırılması səbəbindən ABŞ şirkətləri hər il 6.1 milyard dollar itirir. Bu isə, maliyyə planlaşdırması və analitikası departamentinin əməkdaşlarının həftəlik minimum 2 saatının bu prosesə ayırması deməkdir.

Hesabatda, koronavirus pandemiyası səbəbindən maliyyə hesabatlılığı proseslərinin avtomatlaşdırılması prosedurunun sürətləndiyi vurğulansa da, bu sahədə maliyyələşdirmə artırılmadığı təqdirdə, vəsait itkilərinin 7.8 milyard dollara qədər yüksələ biləcəyi göstərilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.