Home » ABŞ və Aİ arasında enerji razılaşması imzalanıb

ABŞ və Aİ arasında enerji razılaşması imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya və Ukrayna arasında baş verən konflikt dünya ölkələrinin diqqətini təbii qaz ehtiyatlarının artırılmasına yönəldib. Xüsusilə, Rusiya təbii qazından qismən də olsa asılı olan Avropa ölkələri sözügedən resursun əldə edilməsi üçün yeni bazarlara üz tutub.

ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula von der Leyen birlikdə keçirdiyi media toplantısında ABŞ və Avropa Birliyi arasında Avropa Birliyinə daxil olan ölkələrin Rusiya təbii qazından asılılığının azaldılması yönündə tərəfdaşlıq razılaşması əldə edildiyini açıqlayıblar.

Tərəfdaşlıq çərçivəsində, ABŞ 2022-ci ilin sonunadək Avropa Birliyi ölkələrini 15 milyard kubmetrdən çox təbii qaz ehtiyatı ilə təmin edəcək. 2030-cu ilədək 50 milyard kubmetr səviyyəsinə çatdırılması planlaşdırılan təbii qaz təklifinin nəticəsində Avropanın Rusiyadan asılılığı azaldılacaq. Hazırda, Avropanın təbii qaz tələbatının 40%-ə qədəri Rusiya təbii qazı, neft tələbatının isə 25%-i Rusiya nefti hesabına ödənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.