Home » AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

by anar
0 comments 1 views 1 minutes read

Müştərilərinin artıq etibarlı tərəfdaşına çevrilən AccessBank, maliyyə bazarında yenilik etməyə davam edir. Bank, çevik və unikal şərtlərlə təqdim olunan “Sərbəst Əmanət” məhsulunu istifadəyə verdi. Yeni depozit növü müştərilərə həm yüksək gəlir, həm də vəsaitlərin idarəolunmasında tam azadlıq imkanı yaradır.

“Sərbəst Əmanət”in ən əsas üstünlüyü – müştərilərin əmanət məbləğini istədikləri vaxt artırıb və ya azalda bilmələridir. Bu xüsusiyyət məhsulu bazarda analoqu olmayan depozitə çevirir. Əlavə olaraq, faizlərin kapitallaşması imkanı gəlirin daha da artmasına şərait yaradır.

Yeni məhsulun şərtləri:

  • AZN üzrə: fiziki şəxslər üçün illik 8%, fərdi sahibkarlar üçün 6%
  • USD üzrə: fiziki şəxslər üçün illik 3%, fərdi sahibkarlar üçün 2%
  • Minimum məbləğ: 100 AZN və ya 100 USD

Yeni məhsul müştərilər üçün sərfəli əlavə qazanc imkanıdır. AccessBank hər zaman olduğu kimi, müştərilərinə dəyər qatan, onların ehtiyac və gözləntilərinə uyğun innovativ maliyyə həlləri təqdim etməyə davam edəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.