Home » AccessBank-dan sərfəli və əlçatan maliyyə imkanı: 40 000 manatadək nağd kredit

AccessBank-dan sərfəli və əlçatan maliyyə imkanı: 40 000 manatadək nağd kredit

by anar
0 comments 3 views 1 minutes read

Müştəri yönümlü xidmət strategiyasını davam etdirən və maliyyə əlçatanlığını genişləndirməyi prioritet hesab edən AccessBank, 40 000 manatadək nağd kredit təklifini daha sərfəli şərtlərlə təqdim edir.

Yeni təklif çərçivəsində müştərilər illik minimum 10% faiz dərəcəsi ilə fərdi ehtiyaclarına uyğun kredit məhsulundan yararlana bilərlər. Kredit şərtləri müştərinin seçimlərinə və müraciət zamanı təqdim etdiyi məlumatlara əsasən formalaşdırılır.

AccessBank müştərilərinə kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlərini öncədən hesablamaq imkanı yaradır. Bu da daha düzgün maliyyə planlaması aparmağa və qərarvermə prosesini asanlaşdırmağa kömək edir.

Kredit almaq istəyən şəxslər, həmçinin onlayn kredit xidmətindən yararlanaraq banka gəlmədən, əlavə vaxt itirmədən sürətli və rahat şəkildə kredit əldə edə bilərlər.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.