Home » “AccessBank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

“AccessBank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

by anar
0 comments 5 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “AccessBank” ASC olub.

“SİMA İmza” “AccessBank”da Daxili Sənəd Dövriyyəsi sisteminə inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisədə daxili sənədlərin tam həcmdə elektron qaydada “SİMA İmza” ilə imzalanması təmin edilib.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə qurumların iş yükü, kağızdan istifadə və digər xərclər azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.