Home » “AccessBank”da yeni Baş və İcraçı direktor təyin olunub

“AccessBank”da yeni Baş və İcraçı direktor təyin olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gündən etibarən “AccessBank”da Əməliyyatlar üzrə yeni Baş Direktor fəaliyyətə başlayır. Bu, Bankın İnformasiya Texnologiyaları üzrə keçmiş İcraçı Direktoru Zəhra Zeynalovadır. Xanım Zeynalova yeni vəzifəsində səlahiyyət müddəti başa çatmış keçmiş direktor Natia Beriyanı əvəz edəcək.

Qeyd edək ki, xanım Zeynalova artıq 14 ildir ki, “AccessBank”da fəaliyyət göstərir. O, bu illər ərzində sıravi əməkdaşdan rəhbər vəzifəsinə qədər yüksəlib.

“AccessBank”ın İnformasiya Texnologiyaları üzrə yeni İcraçı Direktoru isə Dmitriy Kazanidir. O, İT ilə yanaşı həm də Bankın Kartlar və Biznesə Dəstək Departamentlərinə nəzarət edəcək. Cənab Kazani informasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, “AccessBank”da fəaliyyətinə 2017-ci ildə İT mühəndisliyin  optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən 2021-ci il mayınadək Bankın İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.