Home » ADAU-da “Auditoriyadan Tarlaya” layihəsi keçiriləcək

ADAU-da “Auditoriyadan Tarlaya” layihəsi keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Dövlət Aqrar Universitində (ADAU) Azərbaycan Gənclər Fondu və ADAU-nun birgə layihəsi olan “Auditoriyadan Tarlaya” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, “Auditoriyadan Tarlaya” layihəsinin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılmasınan ibarətdir. “Layihənin ünvanlandığı gənclərin respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Eyni zamanda aqrar sahədə problemləri həllində gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaq əsas hədəflərdəndir”, – deyə o bildirib.

Layihə çərçivəsində “Auditoriya və praktika”, “Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?”, “Fermer yerli aqronoma inanırmı?” adlı maarifləndirici təlimlər keçiriləcək, layihə iştirakçılarının ADAU-nun Tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunacaq. Layihənin sonunda iştirakçıların sertifikatlarla mükafatlandırılması nəzərdə tutulub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.