Home » ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

by yunus
0 comments 0 views 0 minutes read

Bakı və Sumqayıt dəmiryol vağzallarında, eləcə də Koroğlu dayanacağında tətbiq edilən “SİMA Pay” üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini ötüb.

BBN.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, iki aydır istifadədə olan sistem sərnişinlərin turniketlərdən daha sürətli və rahat keçidini təmin edir.

ADY-nin məlumatına görə, Bakı və Sumqayıt dəmiryol vağzalları, həmçinin Koroğlu dayanacağında quraşdırılmış “SİMA Pay” sistemi gündəlik turniket keçidlərində yeni istifadə təcrübəsi formalaşdırıb.

Qeyd edək ki, üztanıma texnologiyasına əsaslanan ödəniş sistemi sərnişinlərin kart və ya nağd ödənişə ehtiyac olmadan, biometrik identifikasiya vasitəsilə keçid etməsinə imkan yaradır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.