Home » Ağ Evin məşhur cəmənliyi təhlükədə: Tramp Cənub Qazonunda helikopter meydançası tikməyi planlaşdırır!

Ağ Evin məşhur cəmənliyi təhlükədə: Tramp Cənub Qazonunda helikopter meydançası tikməyi planlaşdırır!

by Aytac
0 comments 0 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp, Ağ Evin tarixi Cənub Qazonunda (South Lawn) daimi helikopter meydançasının (helipad) inşasını nəzərdən keçirir. “The Wall Street Journal”ın (WSJ) Ağ Evə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, bu addım lüks deyil, uzun illərdir həllini tapmayan ciddi bir texniki problemi aradan qaldırmaq məqsədi daşıyır. Belə ki, prezidentin daşınması üçün nəzərdə tutulan yeni nəsil “Marine One” (VH-92A Patriot) helikopterləri daha böyük və güclü mühərriklərə malik olduğu üçün onların buraxdığı qaynar eqzoz qazları Ağ Evin məşhur yaşıl qazonunu yandıraraq ciddi ziyan vurur.

Məhz bu səbəbdən ABŞ Dəniz Piyadaları Korpusu təxminən 5 milyard dollar dəyərində olan bu yeni helikopter parkını Ağ Evin ərazisində tam gücü ilə istifadə edə bilmirdi. Uzun illərdir davam edən bu problemi kökündən həll etmək istəyən Tramp, helikopterlərin enişi zamanı təkərlərin altına müvəqqəti lövhələrin qoyulması təcrübəsindən imtina edərək, bu yay ərazidə daimi və xüsusi örtüklü helikopter meydançası tikməyi planlaşdırır. Layihə reallaşacağı təqdirdə, onilliklər ərzində formalaşmış Ağ Evin ənənəvi xarici görünüşü və vizual obrazı əhəmiyyətli dərəcədə dəyişəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.