0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Astara rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Astara və ətraf rayonlardan vətəndaşların iştirak etdiyi qəbulda sakinlərin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı müraciətləri dinlənilib.
Sadiq Əliyev vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.