Home » Agentliyin rəhbər heyəti Müstəqil Dövlətlər Birliyinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib

Agentliyin rəhbər heyəti Müstəqil Dövlətlər Birliyinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib

by anar
0 comments 0 views 1 minutes read

İclas çərçivəsində iştirakçılar rəqabət sahəsində həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlığın genişləndirlməsi və üzv dövlətlər arasında təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Belarus Respublikasının Brest şəhərində təşkil olunan Müstəqil Dövlətlər Birliyinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının (Межгосударственный совет по антимонопольной политике – МСАП) 59-cu iclasında iştirak edib.

Hər il təşkil olunan iclasın məqsədi iştirakçı ölkələrin rəqabət siyasəti üzrə əməkdaşlığının gücləndirilməsi, müvafiq sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də rəqabət qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsindən ibarətdir.

İclas zamanı Agentliyin sədri Elnur Bağırov Azərbaycanda ədalətli və rəqabətədavamlı bazar mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Rəqabət Məcəlləsində yer alan iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı nəzarət mexanizmləri diqqətə çatdırılıb. Eyni zamanda rəqəmsal platforma təsirçilərinin fəaliyyəti üzrə yeni tələblər və inzibati məsuliyyət tədbirlərindən bəhs edilib. Həmçinin istehlakçı – sahibkar münasibətlərinin tənzimlənməsi, istehlakçıların qanuni mənafelərinin qorunması və biznes subyektlərinin bu sahədə rolunun artırılması məqsədilə təşkil olunan maarifləndirmə tədbirlərinə xüsusi önəm verildiyi vurğulanıb.

İclas çərçivəsində şuraya üzv dövlətlərin rəqabət siyasəti üzrə təşəbbüsləri və yenilikləri, normativ-hüquqi tənzimləmələrə dair hesabatlar, müvafiq sahədə kadrların peşəkar hazırlığı və ixtisaslaşdırılması məsələlərinə də nəzər salınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.