Home » “Airbnb” hər dörd işçisindən birini ixtisara salır

“Airbnb” hər dörd işçisindən birini ixtisara salır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Turizm sektorunda fəaliyyət göstərən San-Fransisko mərkəzli “Airbnb” şirkəti 1900 işçisini işdən çıxarmağı qərara alıb. 7500 işçiyə sahib şirkət üçün bu işçilərinin 25%-indən çoxunun ixtisara getməsi deməkdir. Platformanın həmtəsisçisi və baş icraçı direktoru Brian Chesky açıqlamasında belə bir addım atılmasının səbəbi kimi, koronavirus pandemiyası səbəbindən turizm sektorunun gözəçarpan şəkildə geriləməsini göstərib. O, pandemiya səbəbindən “Airbnb” xidmətlərinə olan tələbin aşağı düşdüyünü və bunun nəticəsində cari ildə əldə ediləcək gəlirlərin 2019-cu ilə nisbətdə 2 dəfədən çox geriləməsini proqnozlaşdırdığını vurğulayıb. Şirkətin kapitalının 2 milyard ABŞ dolları həcmində artırıldığı da bildirilib.

 Turizm sahəsində geriləmənin və karantin rejiminin bilavasitə təsir göstərdiyi “Uber” və “Lyft” platformaları da işçi heyətində müvafiq olaraq 20% və 17%-lik ixtisara gediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.