Home » AKTA beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

AKTA beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

by anar
0 comment 0 views 1 minutes read

Cari ilin 10-11 oktyabr tarixlərində Tbilisi şəhərində Gürcüstan Elmi Kiber Təhlükəsizlik Assosiasiyası və İnternet İnkişafı Təşəbbüsünün birgə təşkilatçılığı ilə “Telekommunikasiya və Təhlükəsizlik” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda AKTA sədri h.ü.f.d. Elvin Balacanov təqdimatla çıxış edərək Azərbaycanın kibertəhlükəsizlik ekosistemi, xüsusilə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi sferada atılan addımlar barədə konfrans iştirakçılarını məlumatlandırıb və ünvanlanmış sualları cavablandırıb.

Ümumilikdə, 300 nəfərdən çox iştirakçının cəlb olunduğu və 30-dan çox elmi məruzənin dinlənildiyi beynəlxalq elmi-praktik konfrans dünyanın 15-dən çox ölkəsinin (o cümlədən ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, Norveç, Niderland, Avstriya, Polşa, Rumıniya, Portuqaliya, Ukrayna, Litva, Qazaxıstan, Özbəkistan və s.) telekommunikasiya və kibertəhlükəsizlik üzrə aparıcı alim və mütəxəssislərini bir araya gətirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.