Home » AKTA üzvü – “All in One Technologies” şirkəti dünya texnologiya nəhənglərindən olan “Huawei” tərəfindən “İlin Tərəfdaşı” seçilib

AKTA üzvü – “All in One Technologies” şirkəti dünya texnologiya nəhənglərindən olan “Huawei” tərəfindən “İlin Tərəfdaşı” seçilib

by anar
0 comments 1 views 1 minutes read

“All in One Technologies” şirkəti dünya texnologiya nəhənglərindən hesab olunan Çinin “Huawei” korporasiyası tərəfindən Azərbaycanda keçirilmiş beynəlxalq səviyyəli layihənin icrasında göstərilən peşəkarlığa görə “İlin Tərəfdaşı” statusu ilə təltif edilib. Bu mükafat “All in One Technologies”in Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəfdaşlar Konfransı – COP29 tədbirinin İT infrastruktur işlərinin peşəkarlıqla icrasına görə təqdim edilib.

“Huawei” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “Marvel Distribution” şirkəti tərəfindən təqdim olunan mükafat, “All in One Technologies”in texnologiya bazarındakı liderliyini və müştərilərə təqdim etdiyi dəyəri bir daha təsdiqləyir. “All in One Technologies” bu statusu “Huawei” ilə əməkdaşlığında əldə etdiyi uğurlu layihələr və keyfiyyətli icra nəticəsində qazanıb.

“İlin Tərəfdaşı” statusu “All in One Technologies” şirkətinin müasir texnologiyaların tətbiqi, müştəri ehtiyaclarının peşəkarlıqla qarşılanması və strateji tərəfdaşlıq sahəsindəki müvəffəqiyyətinin tanınmasıdır. Şirkət, həmçinin “Huawei”in inkişafda olan texnologiya bazarına inteqrasiyasını asanlaşdıran və müştərilərə ən son yenilikləri vaxtında və keyfiyyətlə təqdim edən əsas tərəfdaşlardan biri olaraq seçilib.

“All in One Technologies” şirkətinin direktoru Məmməd Kərimli sözügedən mükafatı qəbul edərək bildirib ki: “Huawei ilə əməkdaşlıq və bu əməkdaşlıqdan əldə olunan uğurlar bizi daha da ruhlandırır. Bu mükafat, yalnız bizə göstərilən etimadın təcəssümü deyil, həm də Azərbaycanda texnologiya sahəsində ən yaxşı həlləri təqdim etməyə davam edəcəyimizin göstəricisidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.