Home » Almaniyada inflyasiya kəskin artıb

Almaniyada inflyasiya kəskin artıb

by yunus
0 comments 0 views 1 minutes read

Almaniyada inflyasiya oktyabrda 2 faizlik hədəfi keçərək 2,4 faizə çatıb.

BBN.az xəbər verir ki, Almaniyada inflyasiya gözlənildiyindən daha kəskin surətdə sürətlənib və Avropa Mərkəzi Bankının 2 faizlik hədəfini keçib.

Avropanın ən böyük iqtisadiyyatında istehlak qiymətlərinin artımı oktyabrda 2,4 faizə yüksəlib. Sentyabr ayında bu artım  1,8 faiz olaraq qeydə alınmışdı.

Destatis statistika agentliyinə görə, enerji ilə bağlı ilkin təsirlər, həmçinin xidmətlər, mallar və qida sektorunun da təsiri ilə artıma gətirib çıxarıb.

Xatırladaq ki, Almaniya və Avrozonada inflyasiya son aylarda gözlənildiyindən daha çox yavaşlamış və bu, zəif iqtisadi məlumatlarla birlikdə Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini azaltma sürətini artırmasına səbəb olmuşdu.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.