Home » Alternativ enerjinin həcmi kəskin artırılacaq

Alternativ enerjinin həcmi kəskin artırılacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Alternativ enerjinin istehlakı və istehsalının ümumi beynəlxalq energetikada payı gələcək illərdə artacaq. Bu barədə nəticəyə, ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) 6 oktyabr tarixində dərc etdiyi “International Energy Outlook 2021” hesabatındakı araşdırmalardan gəlmək olar.

Hesabata istinadən, beynəlxalq elektrik enerjisi istehsalında 2050-ci ilinə qədər günəş enerjisinin payı kəskin artacaq. Belə ki, hal-hazırda təqribi 1 trilyon kilovatt/saat səviyyəsində olan günəş enerjisi istehsalı 2050-ci ildə 10 trilyon kilovatt/saat həcmini ötəcək. Külək enerjisi istehsalı da 2 trilyon kilovatt/saat göstəricisindən 7 kilovatt/saat göstəricisinə yüksələcək.

Aşağıdakı qrafikə nəzər saldıqda, gələcəkdə yaşıl rəngli xətt ilə göstərilən bərpa edilən enerji istehlakının da digər enerji növləri ilə nisbətdə daha çox artdığını və 2050-ci ilədək ümumi enerji istehlakında ikinci yerdə qərarlaşdığını görə bilərik.

Hesabatda həmçinin, 2050-ci ilədək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrdə və qeyri-üzv ölkələrdə proqnozlaşdırılan inkişaf perspektivləri yer alıb. Qeyri-üzv ölkələrdə sənaye sektoru üzrə enerji istehlakı, ölkə ÜDM-ləri və energetika sahəsi üzrə şirkət səhmlərinin qiymətləri üzv ölkələrlə müqayisədə daha sürətlə artacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.