Home » AMB: Azərbaycanda filialsız bankçılıq dövrü başlayıb

AMB: Azərbaycanda filialsız bankçılıq dövrü başlayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafı yeni mərhələyə qədəm qoyub və artıq filialsız bankçılıq modeli reallığa çevrilib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl gələcəyin texnologiyası kimi qiymətləndirilən rəqəmsal maliyyə xidmətləri artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu gün bank hesabı açmaq, pul köçürmələri həyata keçirmək və digər maliyyə xidmətlərindən istifadə etmək üçün fiziki olaraq banka müraciət etməyə demək olar ki, ehtiyac qalmayıb. Xidmətlərin böyük hissəsi onlayn kanallar vasitəsilə təqdim olunur.

F.Tofidi bildirib ki, bu transformasiya təkcə texnologiyanın inkişafı ilə bağlı deyil, həm də insanların gözləntilərinin dəyişməsi ilə əlaqədardır. Onun sözlərinə görə, müştərilər artıq daha sürətli, daha əlçatan və rahat maliyyə xidmətləri tələb edirlər.

Departament direktoru qeyd edib ki, bu dəyişikliklər fonunda AMB-nin rolu da transformasiya olunub. Əgər əvvəllər əsas prioritet maliyyə sabitliyinin qorunması və tənzimləmə idisə, hazırda innovativ maliyyə mühitinin formalaşdırılması da Mərkəzi Bankın əsas hədəflərindən və institusional məsuliyyətlərindən biri hesab olunur.

Mənbə: “Report”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.