
Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) filial şəbəkəsinin 62%-i regionlarda yerləşir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor–Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, regional əhatə baxımından BOKT-lar bank sektorunu üstələyir. Bu isə mikromaliyyə xidmətlərinin bölgələrdə daha əlçatan olduğunu göstərir.
AMB rəsmisi əlavə edib ki, BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39% təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanda 54 BOKT fəaliyyət göstərir. Mikromaliyyə sektorunda həmçinin 35 kredit ittifaqı təmsil olunur.
Foto: Report.az





