Home » AMB-da Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib

AMB-da Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Bu çərçivədə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması istiqamətində bank olmayan kredit təşkilatlarının nümayəndələrinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə daşınar aktiv əsaslı maliyyələşmə eksosisteminin ölkəmizdə stimullaşdırılması, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində yaradılmış Reyestrin (https://mpcr.e-cbar.az) fəaliyyəti üzrə müzakirələr aparılıb.

Mərkəzi Bankın nümayəndələri tərəfindən iştirakçılara Reyestrin yüklülük predmetlərinin onlayn qeydiyyatı, axtarışı, düzəlişi və xitamını təmin edən müasir funksionallıqları və üstünlükləri, habelə daşınar aktiv əsaslı maliyyələşmə üzrə hüquqi çərçivənin təqdim etdiyi imkanlar və perspektivlər barədə təqdimatlar keçirilib.

Tədbir iştirakçılarına həmçinin Mərkəzi Bankın maliyyə savadlılığına dair elektron resursları da təqdim edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.