
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağını gözləyir.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında 2026-cı il üzrə enerji qiymətləri ilə bağlı yenilənmiş gözləntiləri açıqlayıb.
Onun sözlərinə görə, gələn il dünya bazarlarında 1 barel neftin orta qiymətinin 64 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Eyni zamanda, baş bankir qeyd edib ki, təbii qazın 1 000 kubmetrinin orta qiyməti üçün 288 ABŞ dolları proqnozlaşdırılır.
Qeyd edək ki, AMB-nin bu ilin iyul ayında təqdim etdiyi əvvəlki proqnozlara əsasən, 2026-cı ildə neftin orta qiyməti 64,6 dollar, qazın isə 1 000 kubmetrə görə 290 dollar səviyyəsində olmalı idi.







