0

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,38 ABŞ dolları və ya 4,34% artaraq 81,29 ABŞ dollarına yüksəlib.
Beləliklə, “Azeri Light” markalı neftin qiyməti yenidən 81 dollar həddini keçib. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımı qlobal neft təklifi, geosiyasi amillər və bazar iştirakçılarının gözləntiləri ilə əlaqələndirilir.




