
Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov “AzTV İqtisadiyyat” verilişinə açıqlamasında bildirib ki, İslam maliyyə modelinin tətbiqi ölkənin maliyyə sektorunun diversifikasiyası və dayanıqlı inkişafı üçün yeni imkanlar yaradır.
Rüstəm Tahirovun sözlərinə görə, bu istiqamətdə normativ-hüquqi baza üzərində işlər aparılır, yeni maliyyə məhsulları və alternativ investisiya mexanizmləri hazırlanır. O vurğulayıb ki, İslam maliyyəsinin prinsiplərinə əsaslanan bankçılıq sistemi uzunmüddətli etimadın, şəffaflığın və real iqtisadi dəyərlərə əsaslanan maliyyə axınlarının formalaşmasına töhfə verəcək.







