
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Gürcüstan Milli Bankı və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib.
BBN.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsi hesabında yazıb.
Bu gün Gürcüstan Milli Bankı və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak etməkdən məmnun olduğunu bildirmişdir.
“Sammit çərçivəsində keçirilən “Maliyyə xidmətləri və ödənişlərdə növbəti qlobal innovasiya dövrü” mövzusunda panel müzakirəsində çıxışım zamanı qlobal çağırışlar və imkanlar, eləcə də ölkəmizdə ödəniş sistemlərinin inkişafı, innovativ maliyyə həllərinin tətbiqi və gələcək perspektivlər barədə fikirlərimi bölüşdüm. Bu kimi beynəlxalq platformalar maliyyə texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi və qlobal əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə AMB rəhbəri əlavə edib.







